Birinci Liqa: “İrəvan”la “Zaqatala” 2023-cü ili qələbə ilə başa vurdu

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 12-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, 2023-cü ilin sonuncu turunun ilk oyun günündə üç qarşılaşma baş tutub.

“İmişli” – “Mingəçevir” matçında qapılara qol vurulmayıb. Üç qolun qeydə alındığı “Araz Saatlı” – “İrəvan” matçında qonaqlar qələbə qazanıblar. “Karvan” isə doğma meydanda “Zaqatala”ya məğlub olub.

2023-cü ilin son oyunları sabah keçiriləcək.

Birinci Liqa
12-ci tur
25 dekabr

“İmişli” – “Mingəçevir” 0:0
Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Mirnihat Seyidov, Kamil Aydınov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
H.Əliyev adına İmişli şəhər stadionu, 14:00.

“Araz Saatlı” – “İrəvan” 1:2
Qollar: Sequn Omotoşo, 26 – Arsen Ağcabəyov, 45. Vüsal Qənbərov, 78.
Hakimlər: Rövşən Rəcəbov, Zöhrab Abbasov, Aydın Baxşıyev, Nazim Abdullayev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Saatlı OİK stadionu, 14:00.

“Karvan” – “Zaqatala” 0:2
Qollar: Roini İsmayılov, 25-pen. Uoren Lloyd, 84.
Hakimlər: Əli Əliyev, Kərim Zeynalov, Səbuhi Soltanov, Vüqar Həsənli.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Yevlax şəhər stadionu, 14:00.

26 dekabr

“Qaradağ Lökbatan” – “Difai Ağsu”
Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Murad Səlimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Şamaxı” – MOİK
Hakimlər: Emin Əliyev, Orxan İbişov, Sənan Atayev, Elvin Bayramov
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: