Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 21-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
“Şamaxı” – “Mingəçevir” oyununda qapılara qol vurulmayıb. “Karvan” MOİK-lə ev oyununda tək qolla 3 xal qazanıb. Lider “Qaradağ Lökbatan” isə “Zaqatala” ilə ev oyununda inamlı qələbəyə sevinib.
Birinci Liqa
21-ci tur
10 aprel
“Araz Saatlı” – “Difai Ağsu” 0:4
Qollar: Bayraməli Qurbanov, 10; 80. Kristian Kamta, 17; 77.
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, İslam Məmmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Saatlı OİK stadionu, 15:00.
“İmişli” – “İrəvan” 3:2
Qollar: Elşən Abdullayev, 17-pen. Xəqani Sadıxov, 25. Xəzər Mahmudov, 90+1 – Bayram Əliyev, 62. Xəyyam Hüseynov, 85.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Murad Səlimov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:30.
11 aprel
“Şamaxı” – “Mingəçevir” 0:0
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Asif Abdullayev, Vüqar Həsənli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abasov.
Şamaxı şəhər stadionu, 15:00.
“Karvan” – MOİK 1:0
Qol: Ruslan Süleymanov, 79-pen.
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Tərlan Talıbzadə, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Yevlax şəhər stadionu, 15:00.
“Qaradağ Lökbatan” – “Zaqatala” 2:0
Qollar: Josef Akyam, 79. Xəlil Bəşirov, 85.
Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Sənan Atayev, Elvin Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Lökbatan OİK stadionu, 15:30.



