Birinci Liqa: Liderlərin duelində heç-heçə, “İmişli”dən darmadağın

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 18-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Şamaxı” – “Qaradağ Lökbatan” matçında qalib müəyyənləşməyib.

“İmişli” isə autsayder “Araz Saatlı” ilə ev oyununda darmadağına sevinib.

18-ci tura sabah keçiriləcək üç oyunla yekun vurulacq.

Birinci Liqa
18-ci tur
13 mart

“İmişli” – “Araz Saatlı” 4:1
Qollar: Həzrət İsayev, 1. Nəbi Məmmədov, 45+2. Elnur Cəfərov, 74. İbrahim Əliyev, 77 – Ceyhun Rəcəbli, 56.
Hakimlər: Əkbər Əhmədov, Aydın Baxşıyev, Rəhman Aslanov, İslam Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.

“Şamaxı” – “Qaradağ Lökbatan” 2:2
Qollar: Elşad Tağıyev, 65. Salman Ələsgərov, 83 – Xəlil Bəşirov, 38. Rayan Guibero, 73.
Hakimlər: Kamranbəy Rəhimov, Vüsal Məmmədov, Kamran Bayramov, Elvin Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu, 15:00.

14 mart

“İrəvan” – “Zaqatala”
Hakimlər: Əli Əliyev, Asif Abdullayev, Rasim Axundov, Səbuhi Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “ASK Arena”, 13:00.

“Mingəçevir” – “Karvan”
Hakimlər: Fərid Hacıyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.

MOİK – “Difai Ağsu”
Hakimlər: Cavid Cəlilov, Sənan Atayev, Samir Qaracayev, Vüqar Həsənli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: