Futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025 mövsümünün 16-cı turunun “Mingəçevir” – “Difai” oyununun yeri dəyişdirilib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Matç Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək. Qarşılaşmanın tarixi və başlama saatı ilə bağlı hər hansı dəyişiklik yoxdur.
Xatırladaq ki, PFL bu oyunun daha öncə Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcəyini açıqlamışdı.
Birinci Liqa
16-cı tur
27 fevral
“Baku Sportinq” – “Cəbrayıl”
Binə qəsəbə stadionu, 13:30.
“Mingəçevir” – “Difai”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.
28 fevral
“Qaradağ Lökbatan” – “İmişli”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00
“Zaqatala” – MOİK
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Qəbələ” – “Karvan”
Qəbələ şəhər stadionu, 15:00.


