Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 26-cı turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
“İmişli” – “Baku Sporting” matçında qapılara qol vurulmayıb. “Difai” – “Cəbrayıl” və “Karvan” – “Qaradağ Lökbatan” matçlarında da qalib müəyyənləşməyib. Səfərdə MOİK-lə qarşılaşmış “Mingəçevir” isə turu inamlı qələbə ilə başa vurub.
Birinci Liqa
26-cı tur
15 may
“Qəbələ” – “Zaqatala” 4:0
Qollar: Domi Massumo, 29; 54. Abdullahi Şuaybu, 39. Elşad Tağıyev, 81.
Hakimlər: Emin Əliyev, Orxan İbişov, Rizvan Süleymanov, Nəriman Ağayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Qəbələ şəhər stadionu. 16:00.
16 may
“Difai” – “Cəbrayıl” 1:1
Qollar: Fərid Kərimzadə, 59 – Seymur Əliyev, 80-öz qapısına.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, İslam Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 17:00.
“İmişli” – “Baku Sporting” 0:0
Hakimlər: Rövşən Rəcəbov, Aydın Baxşıyev, Zakir Şükürzadə, Sənan Bayramzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Heydər Əliyev adına İmişli şəhər stadionu. 17:00.
MOİK – “Mingəçevir” 1:3
Qollar: İbrahim Əliyev, 65-pen – Nahid Əliyev, 15. Aqil Nəsibov, 33. Abba Usman, 82.
Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Anar Bədəlov, Şamil İmanzadə.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu. 17:00.
“Karvan” – “Qaradağ Lökbatan” 2:2
Qollar: Ezekiel Morqan, 50. Emil Qasımov, 74 – Tunar Mütəllimov, 10. Təmraz Əmircanov, 45-pen.
Hakimlər: Mahmud Bağırzadə, Nurlan Əhmədzadə, Rasim Axundov, Ruslan Quliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Yevlax şəhər stadionu. 17:00.



