Birinci Liqa: MOİK evdə, “Şamaxı” səfərdə 3 qola sevindi

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 6-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Ötən tur futbolçuları oyuna çıxmadığı üçün texniki məğlubiyyət alan “İrəvan” bu dəfə “Şamaxı”nı qəbul edib. Dörd qolluq qarşılaşma qonaqların inamlı qələbəsiylə yekunlaşıb.

MOİK isə doğma meydanda “Mingəçevir”ə 3 cavabsız qolla qalib gəlib.

Birinci Liqa
6-cı tur
25 oktyabr

“Zaqatala” – “Araz Saatlı” 2:0
Qollar: Elmir Abbasov, 45. Uoren Lloyd, 57.
Hakimlər: Şamil İmanzadə, Kamran Bayramov, Kərim Zeynalov, İslam Məmmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala OİK stadionu, 14:00.

“Difai Ağsu” – “İmişli” 0:3
Qollar: Xəzər Mahmudov, 4. Tolqar Yaqubov, 17. Nodar Məmmədov, 68.
Hakimlər: Elvin Bayramov, Rəhman İmami, Sənan Atayev, Səbuhi Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Ağsu şəhər stadionu, 14:30.

“Karvan” – “Qaradağ Lökbatan” 1:2
Qollar: Peter Kinqs, 3 – Murad Qayalı, 38. Xəlil Bəşirov, 44.
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Tərlan Talıbzadə, Namiq Bəkirov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Yevlax şəhər stadionu, 15:00.

26 oktyabr

“İrəvan” – “Şamaxı” 1:3
Qollar: Bayram Əliyev, 75 – Elşad Tağıyev, 12; 48-pen; 63.
Hakimlər: Kamran Əliyev, Pərvin Talıbov, Asif Abdullayev, Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “ASK Arena”, 13:00.

MOİK – “Mingəçevir” 3:0
Qollar: Elmir Rəhimzadə, 19. Sabir Allahquliyev, 33. Elvin Vəliyev, 70.
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Rasim Axundov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: