Birinci Liqa: MOİK-lə “İrəvan” 3 xalı 3 qolla qazandı

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 18-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı MOİK – “Difai Ağsu” matçında meydan sahibləri inamlı qələbəyə seviniblər.

“İrəvan” “Zaqatala” ilə ev oyununda darmadağınla qalib gəlib.

“Mingəçevir” isə “Karvan”ı minimal hesabla məğlub edib.

Birinci Liqa
18-ci tur
13 mart

“İmişli” – “Araz Saatlı” 4:1
Qollar: Həzrət İsayev, 1. Nəbi Məmmədov, 45+2. Elnur Cəfərov, 74. İbrahim Əliyev, 77 – Ceyhun Rəcəbli, 56.
Hakimlər: Əkbər Əhmədov, Aydın Baxşıyev, Rəhman Aslanov, İslam Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.

“Şamaxı” – “Qaradağ Lökbatan” 2:2
Qollar: Elşad Tağıyev, 65. Salman Ələsgərov, 83 – Xəlil Bəşirov, 38. Rayan Guibero, 73.
Hakimlər: Kamranbəy Rəhimov, Vüsal Məmmədov, Kamran Bayramov, Elvin Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu, 15:00.

14 mart

“İrəvan” – “Zaqatala” 3:0
Qollar: Bəşir Ayralov, 61. Balamirzə Soltanov, 74. Samir Qurbanov, 85.
Hakimlər: Əli Əliyev, Asif Abdullayev, Rasim Axundov, Səbuhi Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “ASK Arena”, 13:00.

“Mingəçevir” – “Karvan” 1:0
Qol: Xəyal Muradov, 28.
Hakimlər: Fərid Hacıyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.

MOİK – “Difai Ağsu” 3:1
Qollar: Xəyal Bədirov, 55. Nihad Qurbanlı, 72. Elmir Rəhimzadə, 82 – Bayraməli Qurbanov, 89.
Hakimlər: Cavid Cəlilov, Sənan Atayev, Samir Qaracayev, Vüqar Həsənli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: