Birinci Liqa: “Qəbələ” “Karvan”ı 2 cavabsız qolla üstələdi

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 16-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

MOİK – “Zaqatala” matçında qapılara qol vurulmayıb. “Qaradağ Lökbatan” “İmişli” ilə ev oyununda minimal hesabla uduzub. “Mingəçevir” isə doğma meydanda “Difai”yə oxşar hesabla qalib gəlib. Lider “Qəbələ” də əsas izləyicisi “Karvan”ı 2 cavabsız qolla üstələyib.

Birinci Liqa
16-cı tur
27 fevral

“Baku Sportinq” – “Cəbrayıl” 1:0
Qol: Luka Stevanoviç, 39.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Elman Kərimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu, 13:30.

28 fevral

“Qaradağ Lökbatan” – “İmişli” 0:1
Qol: Pablo Alveş, 39.
Hakimlər: Kamranbəy Rəhimov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Niyaz Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

MOİK – “Zaqatala” 0:0
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Ruslan Quliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Mingəçevir” – “Difai” 1:0
Qol: Raul Məmmədov, 88.
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Rəsul Babayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydanca), 14:00.

“Qəbələ” – “Karvan” 2:0
Qollar: Domi Massumo, 54. Abdullahi Şuaybu, 84.
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Qəbələ şəhər stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: