Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 17-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
Səfərdə “Cəbrayıl”la qarşılaşan lider “Qəbələ” beş qolluq oyundan çətin qələbə ilə ayrılıb. Liderin əsas izləyicisi “Karvan” da “Zaqatala” ilə ev oyununda oxşar hesabla qələbə qazanıb. “İmişli”nin qonağı olan “Mingəçevir”ə isə qələbə üçün bir qol bəs edib.
Birinci Liqa
17-ci tur
6 mart
“Difai” – “Baku Sportinq” 0:1
Qol: Luka Stevanoviç, 40.
Hakimlər: Murad Səlimov, Sevda Nuriyeva, Nurlan Əhmədzadə, Rövşən Rəcəbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
MOİK – “Qaradağ Lökbatan” 2:2
Qollar: İbrahim Əliyev, 43. Nihad Qurbanlı, 71 – Araz Abdullayev, 6; 45+1-pen.
Hakimlər: Əli Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Alik Yunusov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 14:00.
7 mart
“Cəbrayıl” – “Qəbələ” 2:3
Qollar: Samir Məhərrəmli, 16. Tapdıq Əhmədov, 90+4-pen – Abdullahi Şuaybu, 23. Domi Massumo, 75; 90+1.
Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Samir Qaracayev, Şamil İmanzadə.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Bayıl Arena”, 13:00.
“İmişli” – “Mingəçevir” 0:1
Qol: Mehdi Tahirov, 32-öz qapısına.
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Mirnihad Seyidov, Səbuhi Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.
“Karvan” – “Zaqatala” 3:2
Qollar: Ezekiel Morqan, 28-pen; 90+1. Bəhruz Teymurov, 58 – Cəlal Cəbrayılov, 3. Roini İsmayılov, 25.
Hakimlər: Vüqar Həsənli, Şirmamed Mamedov, Kərim Zeynalov, Sənan Bayramzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Yevlax şəhər stadionu, 14:00.



