Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 12-ci turuna, eyni zamanda ilk dövrəyə yekun vurulub.
Arena.az xəbər verir ki, 2023-cü ilin sonuncu turunun sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Yeddi qolun qeydə alındığı “Qaradağ Lökbatan” – “Difai Ağsu” matçında meydan sahibləri darmadağına seviniblər. Nəticədə “Qaradağ Lökbatan” qış fasiləsinə lider kimi yollanıb.
“Şamaxı” isə MOİK-lə ev oyununda inamlı qələbəyə sevinib.
Birinci Liqa
12-ci tur
25 dekabr
“İmişli” – “Mingəçevir” 0:0
Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Mirnihat Seyidov, Kamil Aydınov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
H.Əliyev adına İmişli şəhər stadionu, 14:00.
“Araz Saatlı” – “İrəvan” 1:2
Qollar: Sequn Omotoşo, 26 – Arsen Ağcabəyov, 45. Vüsal Qənbərov, 78.
Hakimlər: Rövşən Rəcəbov, Zöhrab Abbasov, Aydın Baxşıyev, Nazim Abdullayev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Saatlı OİK stadionu, 14:00.
“Karvan” – “Zaqatala” 0:2
Qollar: Roini İsmayılov, 25-pen. Uoren Lloyd, 84.
Hakimlər: Əli Əliyev, Kərim Zeynalov, Səbuhi Soltanov, Vüqar Həsənli.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Yevlax şəhər stadionu, 14:00.
26 dekabr
“Qaradağ Lökbatan” – “Difai Ağsu” 5:2
Qollar: Seyxan Fərəcov, 21-pen; 82. Kənan Cəfərov, 28. Xəlil Bəşirov, 52. Mehdi Tahirov, 84 – Kamil Hüseynov, 6. Samir Əliyev, 88.
Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Murad Səlimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.
“Şamaxı” – MOİK 2:0
Qollar: Emin Zamanov, 7. Elşad Tağıyev, 73.
Hakimlər: Emin Əliyev, Orxan İbişov, Sənan Atayev, Elvin Bayramov
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu, 14:00.



