Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Şimal” – “Səbail” matçında qapılara qol vurulmayıb. “Zaqatala” – “Baku Sportinq” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Beş qolun qeydə alındığı “Şəfa” – MOİK matçında isə meydan sahibləri darmadağına seviniblər.
4-cü tura oktyabrın 3-də keçiriləcək “Cəbrayıl” – “Difai” matçı ilə yekun vurulacaq.
Birinci Liqa
4-cü tur
1 oktyabr
“Şahdağ Qusar” – “Mingəçevir” 0:0
Hakimlər: Şamil İmanzadə, Samir Qaracayev, Nurlan Əhmədzadə, Rövşən Rəcəbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu
2 oktyabr
“Şimal” – “Səbail” 0:0
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Qəzənfər Məmmədov, Kamran Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.
“Zaqatala” – “Baku Sportinq” 1:1
Qollar: Mətin Qəhrəmani, 22 – Xəyyam Məmmədli, 75.
Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Mirnihat Seyidov, Ruslan Quliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.
“Şəfa” – MOİK 4:1
Qollar: Nahid Əliyev, 7. Aqil Nəsibov, 50. Amir Ebrahimzade, 63. Tərlan Quliyev, 84 – Seyxan Fərəcov, 23.
Hakimlər: İslam Məmmədov, Zakir Şükürzadə, Rəhman Aslanov, Emin Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu.
3 oktyabr
“Cəbrayıl” – “Difai”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Vüqar Bayramov, Murad Səlimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.


