Birinci Liqa: “Şamaxı” 8 cavabsız qola sevindi

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 2-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

“Difai Ağsu” – “Zaqatala” oyununda qapılara qol vurulmayıb. “Şamaxı” isə “Araz Saatlı” ilə ev oyununda 8 cavabsız qola sevinib. Səfərdə “Mingəçevir”lə qarşılaşan “Qaradağ Lökbatan” da turu inamlı qələbə ilə başa vurub.

Beləliklə, 2 turdan sonra maksimum nəticə göstərən yeganə komanda – MOİK 6 xalla vahid liderdir. “Şamaxı”, “Qaradağ Lökbatan”, “İrəvan” və “Karvan” 4 xal toplayıblar. “İmişli”nin 3, “Zaqatala” və “Difai Ağsu”nun 1 xalı var. “Mingəçevir”lə “Araz Saatlı” isə hələ xal hesabını açmayıblar.

Birinci Liqa
2-ci tur
20 sentyabr

“İrəvan” – “Karvan” 0:0
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kərim Zeynalov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “ASK Arena”, 13:00.

MOİK – “İmişli” 1:0
Qol: Samir İbrahimov, 54-pen.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Orxan İbişov, Vüqar Həsənli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu, 15:30.

21 sentyabr

“Şamaxı” – “Araz Saatlı” 8:0
Qollar: Cəlal Cəbrayılov, 17; 21; 34. Elşad Tağıyev, 27-pen. Emin Zamanov, 37-pen. Samir Məhərrəmli, 52. Elçin Qasımov, 60. Salman Ələsgərov, 89.
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Asif Abdullayev, Elvin Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı şəhər stadionu, 15:00.

“Mingəçevir” – “Qaradağ Lökbatan” 0:2
Qollar: Seyxan Fərəcov, 64. Ürfan İsmayılov, 90+4.
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Vüqar Bayramov, Şamil İmanzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.

“Difai Ağsu” – “Zaqatala” 0:0
Hakimlər: Emin Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Ağsu şəhər stadionu, 15:30.

Xəbəri sosial şəbəkələrdə paylaş: