Birinci Liqa: “Zaqatala” evdə, “İmişli” səfərdə qələbə qazandı

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 6-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Zaqatala” doğma meydanda “Araz Saatlı” üzərində inamlı qələbəyə sevinib.

Səfərdə “Difai Ağsu” ilə qarşılaşan “İmişli” 3 xalı 3 cavabsız qolla qazanıb.

Üç qolun qeydə alındığı “Karvan” – “Qaradağ Lökbatan” oyununda da qonaqlar qələbəyə sevinən tərəf olub.

Turun qalan iki oyunu sabah keçiriləcək.

Birinci Liqa
6-cı tur

25 oktyabr

“Zaqatala” – “Araz Saatlı” 2:0
Qollar: Elmir Abbasov, 45. Uoren Lloyd, 57.
Hakimlər: Şamil İmanzadə, Kamran Bayramov, Kərim Zeynalov, İslam Məmmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala OİK stadionu, 14:00.

“Difai Ağsu” – “İmişli” 0:3
Qollar: Xəzər Mahmudov, 4. Tolqar Yaqubov, 17. Nodar Məmmədov, 68.
Hakimlər: Elvin Bayramov, Rəhman İmami, Sənan Atayev, Səbuhi Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Ağsu şəhər stadionu, 14:30.

“Karvan” – “Qaradağ Lökbatan” 1:2
Qollar: Peter Kinqs, 3 – Murad Qayalı, 38. Xəlil Bəşirov, 44.
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Tərlan Talıbzadə, Namiq Bəkirov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Yevlax şəhər stadionu, 15:00.

26 oktyabr

“İrəvan” – “Şamaxı”
Hakimlər: Kamran Əliyev, Pərvin Talıbov, Asif Abdullayev, Əkbər Əhmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “ASK Arena”, 13:00.

MOİK – “Mingəçevir”
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Rasim Axundov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: