Birinci Liqa: “Zaqatala” məğlubiyyətlə, “İmişli” qələbəylə başladı

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

“Zaqatala” mövsümün ilk matçında “İrəvan”la ev oyunundan məğlub ayrılıb. MOİK səfərdə “Difai Ağsu”ya, “İmişli” də “Araz Saatlı”ya 3 cavabsız qolla qalib gəlib.

İlk tura sabah keçiriləcək “Qaradağ Lökbatan” – “Şamaxı” oyunu ilə yekun vurulacaq.

Birinci Liqa
1-ci tur
13 sentyabr

“Karvan” – “Mingəçevir” 4:1
Qollar: Akif Tağıyev, 45+1-pen. İzzət Müştaqov, 55. Elvin İsmayılov, 57. Peter Kinqs, 88 – Elnur Mirzəyev, 71.
Qırmızı vərəqə: Müşfiq Teymurov, 65 – Elçin Qasımov, 65. Elvin Əlizadə, 67.
Hakimlər: Rövşən Rəcəbov, Tərlan Talıbzadə, Samir Qaracayev, Kamil Aydınov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu, 16:30.

14 sentyabr

“Zaqatala” – “İrəvan” 0:2
Qollar: Cavid Tağıyev, 41. İbrahim Əliyev, 58.
Hakimlər: Elvin Bayramov, Elman Kərimov, Aydın Bəxşiyev, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zaqatala OİK stadionu, 16:30.

“Difai Ağsu” – MOİK 0:3
Qollar: İsa Zeynallı, 10-pen. Elmir Rəhimzadə, 55. Xəyal Bədirov, 90+3.
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Emin Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Ağsu şəhər stadionu, 16:30.

“Araz Saatlı” – “İmişli” 0:3
Qollar: Xəzər Mahmudov, 45+2; 72. Tonia Tisdell, 80.
Hakimlər: Vüqar Həsənli, Vüqar Bayramov, Anar Bədəlov, İrşad Aydınov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Saatlı OİK stadionu, 17:00.

15 sentyabr

“Qaradağ Lökbatan” – “Şamaxı”
Hakimlər: Emin Əliyev, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, İslam Məmmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: