Futbol üzrə Birinci Liqada 2023/2024 mövsümünün 1-ci turunun oyun cədvəli açıqlanıb. Arena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 13-də start götürəcək mövsümün ilk oyun günündə cəmi bir görüş baş tutacaq.
Mövsümə Yevlaxda keçiriləcək “Karvan” – “Mingəçevir” oyunu ilə start veriləcək. Üç oyun ikinci oyun gününə təsadüf edəcək. Tura sentyabrın 15-də keçiriləcək “Qaradağ Lökbatan” – “Şamaxı” oyunu ilə yekun vurulacaq.
Birinci Liqa
1-ci Liqa
13 sentyabr
“Karvan” – “Mingəçevir”
Yevlax şəhər stadionu, 16:30.
14 sentyabr
“Zaqatala” – “İrəvan”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
“Difai Ağsu” – MOİK
Ağsu şəhər stadionu, 16:30.
“Araz Saatlı” – “İmişli”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 17:00.
15 sentyabr
“Qaradağ Lökbatan” – “Şamaxı”
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 17:00.


