Argentinanın ən tanınmış klublarından olan “Boka Xuniors” əsas komandanın baş məşqçisi Migel Anxel Russonun vəfat etdiyini açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssis 69 yaşında həyatını itirib. Bu ilin yayında komandanın baş məşqçisi təyin olunmuş Russo bu həftə səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. Həkimlər onun həyatını xilas edə bilməyiblər.
Xatırladaq ki, Migel Anxel Russo 2007-ci ildə və 2020/2021-ci illər mövsümündə də “Boka Xuniors”da baş məşqçi kimi çalışıb. O, karyerası ərzində “Lanus”, “Estudiantes”, “Universidad de Çili”, “Rosario Sentral”, “Salamanka”, “Kolon”, “Los Andes”, “Morelia”, “Veles Sarsfild”, “San Lorenso”, “Rasinq Klub”, “Milyonarios”, “Alyansa Lima”, “Serro Porteno”, “Əl-Nəsr” kimi klublarda da baş məşqçi olub.


