Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandası bu gün Amerika Birləşmiş Ştatlarına təlim-məşq toplanışına yollanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Olimpiya çəki dərəcələri üzrə yığmamız lisenziya turnirlərinə və Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığı Koloradoda davam etdirəcək.
Təlim-məşq toplanışında baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında 9 boksçu iştirak. Onlar hazırlıqda Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov, Şamil Əsgərov (hər ikisi 57 kq), Tayfur Əliyev, Malik Həsənov (hər ikisi 63,5 kq), Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayevi (+92 kq) yoxlayacaqlar.
Toplanış çərçivəsində yerli boksçularla birgə məşqlər və sınaq döyüşlərinin keçirilməsi də planlaşdırılır. Hazırlıq fevralın 1-nə qədər davam edəcək.
Xatırladaq ki, millimizin heyətində Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris-2024-ə lisenziyanı Avropa Oyunlarında qazanıblar.


