“Bolonya” “Milan”ı yendi, İtaliya Kubokunu qazandı

Cari mövsümdə uğurlu çıxışı ilə diqqət mərkəzində olan “Bolonya” futbol üzrə İtaliya Kubokunun 2024/2025-ci illər mövsümünün qalibi olub.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün təşkil olunmuş cari mövsümün final qarşılaşmasında “Milan”la üz-üzə gəlib.

Paytaxt Romadakı “Olimpiko” stadionunda keçirilmiş həlledici oyunun taleyini bir qol həll edib. “Milan”ın qapısından yeganə qolu Dan Ndoye keçirib.

Bununla da “Bolonya” tarixi ərzində 3-cü dəfə İtaliya Kubokuna sahib çıxıb. Sözügedən klub daha öncə 1970-ci və 1974-cü illərdə də kubokun qalibi olmuşdu.

İtaliya Kuboku
Final
14 may

Milan – Bolonya 0:1
Qol: Ndoye, 53.

Xəbəri sosial şəbəkələrdə paylaş: