Braziliya – Argentina: İğtişaşlara aid yeni detallar üzə çıxdı – Video

DÇ-2026 seçmə mərhələsi çərçivəsində Braziliya – Argentina oyunu (0:1) ərəfəsində baş vermiş iğtişaşlara aid məqamlar tədricən üzə çıxır.

Arena.az xatırladır ki, argentinalı azarkeşlərin təxribatı nəticəsində tribunalrada baş vermiş dava-dalaş polisin argentinalı azarkeşlərə qarşı güc tətbiq etməsi ilə nəticələnmişdi.

Bunu əsas gətirmiş Argentina komandası meydanı tərk edərək, tribunalaraltı məkana yollanıb və bu səbəbdən oyun təxirə salınıb. Yarım saatlıq fasilədən sonra aregentinalılar meydana qayıtmaq qərarına gəliblər və oyunun çilili baş hakimi Pyero Maza qarşılaşmanı başladıb.

Argentina komandasının oyunçuları tribunalaraltı məkana yollanarkən yerli azarkeşlər onlara vida ifadələri səsləndiriblər, argentinalı futbolçular braziliyalı azarkeşlərin ünvanına ədəbsiz sözlər, əxlaqsız jestlər ünvanlayıblar. Azarkeşlər buna cavab olaraq tribunalardan onların üzərinə pivə səpələyiblər. Di Mariya irəli tullanaraq, azarkeşlərə tüpürüb.

Braziliya millisi oyundan imtina etmək imkanına malik olsa da, rəqibi gözləyib və bu oyunda minimal hesabla məğlub olub – 0:1. Bu məğlubiyyət dünya çempionatlarının seçmə mərhələləri çərçivəsində “selesao”nun evdə ilk məğlubiyyəti kimi tarixə düşüb.
Qələbə sayəsində Argentina yığması 2026-cı il dünya çempionatının seçmə mərhələsinin CONMEBOL zonasının turnir cədvəlində 6-cı turdan sonra 15 xalla liderdir. Braziliya millisi isə 7 xalla 6-cı pillədədir.

Xatırladaq ki, milli yığma komandalar arasında Braziliya – Argentina rəqabəti ən qocaman və qatı rəqabətdir. Vurğulayaq ki, argentinalı, uruqvaylı və çilili azarkeşlər cənubiamerikan futbolunda xuliqanlığı ilə ad çıxarıblar. Ələlxüsus Braziliyaya millisinə qarşı oyunlarda onlar müvafiq təxribatlara rəvac verirlər. Braziliyanın dövlət himninin səslənməsi zamanı da argentinalı azarkeşlər təhqirə keçərək, hörmətsizlik nümayiş etdiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: