İyunun 30-da futbol üzrə Almaniya çempionatında (Bundesliqa) növbəti – 2023/2024 mövsümünün püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, Bundesliqada yeni mövsümə avqustun 18-də keçiriləcək “Verder” – “Bayern” matçı ilə start veriləcək.
Dortmund “Borussiya”sı ilk matçını doğma meydanda “Köln”ə qarşı keçirəcək.
Dortmund “Borussiya”sı ilə son çempionu “Bayern” arasındakı oyunlar noyabrın əvvəlində (3-5 noyabr) və 2024-cü il martın sonunda (30-31 mart) baş tutacaq.
Bundesliqanın 61-ci mövsümü mayın 18-də başa çatacaq.
Almaniya çempionatında ilk turun təqvimi aşağıdakı kimidir:
Almaniya, Bundesliqa
1-ci tur
18 avqust
Verder – Bayern
19-20 avqust
Borussiya (Dortmund) – Köln
Union Berlin – Maynts
Bayer – Leypsiq
Ayntraxt – Darmştadt
Volfsburq – Haydenhaym
Hoffenhaym – Frayburq
Auqsburq – Borussiya (Mönhenqladbah)
Ştutqart – Bohum


