Bundesliqa: “Ayntraxt” və “Borussiya”dan darmadağın

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 19-cu turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha altı görüş baş tutub.

“Köln” – “Leypsiq” və “Borussiya” (Mönhenqladbax) – “Şalke” matçlarında qapılara qol vurulmayıb. “Union Berlin” “Maynts”la ev oyunundan qələbə ilə ayrılıb. “Ayntraxt” “Herta”nı, “Bohum” “Hoffenhaym”ı, Dortmund “Borussiya”sı isə “Frayburq”u darmadağınla yola salıb.

19-cu tura sabah – fevralın 5-də keçiriləcək iki oyunla yekun vurulacaq.

Almaniya Bundesliqası
19cu tur
3 fevral

Auqsburq – Bayer 1:0
Qol: Berişa, 55.

4 fevral

Bohum – Hoffenhaym 5:2
Qol: Hofmann, 22. Forster, 30. Asano, 40. Masoviç, 69. Broşinski, 83 – Baumqartner, 49. Dabbur, 77.

Borussiya (Dortmund) – Frayburq 5:1
Qol: Şlotterbek, 26. Adeyemi, 48. Haller, 51. Brandt, 69. Reyna, 82 – Holer, 45.

Ayntraxt – Herta 3:0
Qol: Muani, 21; 28. Buta, 90+4.

Köln – Leypsiq 0:0

Union Berlin – Maynts 2:1
Qol: Behrens, 32. Sibaço, 84 – İnqvartsen, 78.

Borussiya (Mönhenqladbax) – Şalke 0:0

5 fevral

18:30. Ştutqart – Verder
20:30. Volfsburq – Bayern

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: