Bundesliqa: “Ayntraxt” xal itirdi, “Bayer” darmadağına sevindi

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 23-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Volfsburq” – “Ayntraxt” matçında qalib müəyyənləşməyib. “Bayer” isə doğma meydanda “Herta”nı böyük hesabla məğlub edib.

Beləliklə, 23 turdan sonra 49 xala malik “Bayern” və “Borussiya” (Dortmund) turnir cədvəlinə şərikli rəhbərlik edirlər. “Union Berlin” 44 xalla ilk üçlüyü qapayır. “Leypsiq” və “Frayburq”un 42, “Ayntraxt”ın 39, “Maynts”ın 35, “Volfsburq”un 34, “Bayer”in 31, Mönhenqladbax “Borussiya”sı ilə “Verder”in isə 30 xalı var.

Almaniya Bundesliqası
23-cü tur
3 mart

Borussiya (Dortmund) – Leypsiq 2:1
Qol: Roys, 21-pen. E.Can, 39 – Forsberq, 74.

4 mart

Auqsburq – Verder 2:1
Qol: Belyo, 6. Mayer, 46 – Staqe, 16.

Borussiya (Mönhenqladbax) – Frayburq 0:0

Bohum – Şalke 0:2
Qol: Riemann, 45-öz qapısına. Bulter, 79.

Maynts – Hoffenhaym 1:0
Qol: Barreyro, 33.

Union Berlin – Köln 0:0

Ştutqart – Bayern 1:2
Qol: Perea, 88 – De Liqt, 39. Şupo-Motinq, 62.

5 mart

Bayer – Herta 4:1
Qol: S.Azmun, 12. Frimponq, 21. Diabi, 60. Adli, 73 – Lukebakio, 67-pen.

Volfsburq – Ayntraxt 2:2
Qol: Marmuş, 10. Gerhardt, 43 – Muani, 22. Ndikka, 26.

Xəbəri sosial şəbəkələrdə paylaş: