Bundesliqa: “Bayern” “Ayntraxt”la doğma meydanda bacarmadı

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 18-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha altı qarşılaşma baş tutub.

“Frayburq” doğma meydanda “Auqsburq”a, “Maynts” “Bohum”a, “Verder” isə “Volfsburq”a qalib gəlib. “Herta” “Union Berlin”ə, “Hoffenhaym” isə Mönhenqladbax “Borussiya”sına məğlub olub.

Lider “Bayern” isə “Ayntraxt”la ev oyunundan xal itkisi ilə ayrılıb. Bu, Münhen təmsilçisinin ardıcıl üçüncü heç-heçəsidir. Komanda qış fasiləsindən sonra, 2023-cü ildə keçirdiyi hər üç oyunda xal itirib. Artıq “Bayern”in əsas izləyicisi “Union Berlin”lə 1, üçüncü pillədəki “Leypsiq”lə 2 xallıq fərqi qalıb.

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Almaniya Bundesliqası
18-ci tur
27 yanvar

Leypsiq – Ştutqart 2:1
Qol: Soboslai, 25; 49 – Fuhrix, 68-pen.

28 yanvar

Frayburq – Auqsburq 3:1
Qol: Qreqoriç, 13. Holer, 30. Linhart, 85 – Berişa, 29-pen.

Herta – Union Berlin 0:2
Qol: Duxi, 44. Sequin, 67.

Hoffenhaym – Borussiya (Mönhenqladbax) 1:4
Qol: Bebu, 80 – Hofmann, 12; 37. Ştindl, 83. Volf, 90+1.

Maynts – Bohum 5:2
Qol: Li, 1. Vidmer, 17. Onisivo, 28; 57; 87 – Kunde, 70. Maşoviç, 72.

Verder – Volfsburq 2:1
Qol: Fullkruq, 24-pen; 77.

Bayern – Ayntraxt 1:1
Qol: Sane, 34 – Muani, 69.

29 yanvar

18:30. Şalke – Köln
20:30. Bayer – Borussiya (Dortmund)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: