Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 20-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha altı qarşılaşma baş tutub.
Son çempion və lider “Bayern” doğma meydanda “Bohum”la qarşılaşıb. Münhen təmsilçisi bu oyunda 3 xalı 3 cavabsız qolla əldə edib.
Səfərdə “Verder”lə qarşılaşan Dortmund “Borussiya”sı da turu qələbə ilə başa vurub. “Bayer”lə “Union Berlin” də müvafiq olaraq “Hoffenhaym” və “Leypsiq”lə səfər matçlarından qalib ayrılıb.
“Frayburq” “Ştutqart”ı, “Maynts” isə “Auqsburq”u məğlub yola salıb.
20-ci tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
Almaniya Bundesliqası
20-ci tur
10 fevral
Şalke – Volfsburq 0:0
11 fevral
Bayern – Bohum 3:0
Qol: Müller, 41. Koman, 64. Qnabri, 74-pen.
Frayburq – Ştutqart 2:1
Qol: Qrifo, 60-pen; 84-pen – Fuhrix, 30.
Hoffenhaym – Bayer 1:3
Qol: Nsoki, 77 – Andrix, 6. Diabi, 47. Hlojek, 56.
Maynts – Auqsburq 3:1
Qol: Li Sunq, 21; 52. Onisivo, 24 – Demiroviç, 28.
Verder – Borussiya (Dortmund) 0:2
Qol: Gittens, 67. Brandt, 85.
Leypsiq – Union Berlin 1:2
Qol: Henriks, 24 – Haberer, 61. Knoxe, 72.
12 fevral
18:30. Herta – Borussiya (Mönhenqladbax)
20:30. Köln – Ayntraxt


