Bundesliqa: “Bayern” “Volfsburq”a 4 qolla qalib gəldi

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 19-cu tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki görüş baş tutub.

“Ştutqart” doğma meydanda “Verder”ə 2 cavabsız qolla məğlub olub. Turun son matçında isə son çempion və lider “Bayern” səfərdə “Volfsburq”la qarşılaşıb. Altı qolun qeydə alındığı bu oyun Münhen təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.

Beləliklə, 19 turdan sonra 40 xala malik “Bayern” vahid liderdir. “Union Berlin” 39 xalla ikinci, “Borussiya” (Dortmund) 37 xalla üçüncü pillədə qərarlaşıb. “Leypsiq”in 36, “Ayntraxt”ın 35, “Frayburq”un 34 xalı var.

Almaniya Bundesliqası
19-cu tur
3 fevral

Auqsburq – Bayer 1:0
Qol: Berişa, 55.

4 fevral

Bohum – Hoffenhaym 5:2
Qol: Hofmann, 22. Forster, 30. Asano, 40. Masoviç, 69. Broşinski, 83 – Baumqartner, 49. Dabbur, 77.

Borussiya (Dortmund) – Frayburq 5:1
Qol: Şlotterbek, 26. Adeyemi, 48. Haller, 51. Brandt, 69. Reyna, 82 – Holer, 45.

Ayntraxt – Herta 3:0
Qol: Muani, 21; 28. Buta, 90+4.

Köln – Leypsiq 0:0

Union Berlin – Maynts 2:1
Qol: Behrens, 32. Sibaço, 84 – İnqvartsen, 78.

Borussiya (Mönhenqladbax) – Şalke 0:0

5 fevral

Ştutqart – Verder 0:2
Qol: Staqe, 59. Dukş, 77.

Volfsburq – Bayern 2:4
Qol: Kaminski, 44. Svanberq, 81 – Koman, 9; 14. Müller, 19. Musiala, 73.