Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 21-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha beş qarşılaşma baş tutub.
“Bohum” doğma meydanda “Frayburq”a, “Volfsburq” isə “Leypsiq”ə məğlub olub. “Ştutqart” doğma meydanda “Köln”ü 3 cavabsız qolla yenibsə, “Ayntraxt” da “Verder” üzərində inamlı qələbəyə sevinib.
Beş qolun qeydə alındığı “Borussiya” (Mönhenqladbax) – “Bayern” matçında isə meydan sahibləri qələbə qazanıblar. Nəticədə Münhen təmsilçisinin 13 oyunluq məğlubiyyətsiz seriyasına son qoyulub.
21-ci tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq.
Almaniya Bundesliqası
21-ci tur
17 fevral
Auqsburq – Hoffenhaym 1:0
Qol: Yensen, 88.
18 fevral
Borussiya (Mönhenqladbax) – Bayern 3:2
Qol: Ştindl, 13. Hofmann, 55. Turam, 84 – Şupo-Motinq, 35. Tel, 90+3.
Bohum – Frayburq 0:2
Qol: Qreqoriç, 39. Holer, 51.
Ştutqart – Köln 3:0
Qol: Dias, 9. Sosa, 59. Kulibali, 74.
Volfsburq – Leypsiq 0:3
Qol: Forsberq, 14. Laymer, 85. Soboslai, 90+2.
Ayntraxt – Verder 2:0
Qol: Fridl, 8-öz qapısına. Muani, 52.
19 fevral
18:30. Union Berlin – Şalke
20:30. Borussiya (Dortmund) – Herta
22:30. Bayer – Maynts