Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 24-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Köln” və “Bohum” komandaları üz-üzə gəliblər. Qonaqlar meydanı inamlı qələbə ilə tərk ediblər.
24-cü turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya Bundesliqası
24-cü tur
10 mart
Köln – Bohum 0:2
Qol: Stoger, 9-pen. Masoviç, 76.
11 mart
18:30. Bayern – Auqsburq
18:30. Ayntraxt – Ştutqart
18:30. Herta – Maynts
18:30. Leypsiq – Borussiya (Mönhenqladbax)
21:30. Şalke – Borussiya (Dortmund)
12 mart
18:30. Frayburq – Hoffenhaym
20:30. Verder – Bayer
22:30. Volfsburq – Union Berlin


