Bundesliqa: “Maynts”dan “Borussiya”ya 4 cavabsız qol

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 22-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Maynts” doğma meydanda Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşıb. Qonaqlar bu görüşdə 4 cavabsız qola üzülüblər.

Turun qalan oyunları şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya Bundesliqası
22-ci tur
24 fevral

Maynts – Borussiya (Mönhenqladbax) 4:0
Qol: Li, 25. İnqvartsen, 49. Ayorke, 72. Nelson, 90+4.

25 fevral

18:30. Köln – Volfsburq
18:30. Herta – Auqsburq
18:30. Hoffenhaym – Borussiya (Dortmund)
18:30. Leypsiq – Ayntraxt
18:30. Verder – Bohum
21:30. Şalke – Ştutqart

26 fevral

18:30. Frayburq – Bayer
20:30. Bayern – Union Berlin

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: