Çempionlar Liqasında əsas mərhələnin iştiraçıları və səbətləri

Futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün əsas mərhələsinə vəsiqə qazanmış bütün komandalar müəyyənləşib.

Arena.az xəbər verir ki, bu, pley-off mərhələsinin ötən gecə baş tutan cavab oyunlarından sonra dəqiqləşib.

Son olaraq Xorvatiyanın “Dinamo” (Zaqreb), Serbiyanın “Srvena Zvezda”, Slovakiyanın “Slovan” və Fransanın “Lill” klubları ÇL-in Liqa mərhələsində iştirak hüququ qazanıblar.

Qeyd edək ki, Çempionlar Liqasında bu mövsüm qrup mərhələsi olmayacaq. Əvəzində iştirakçı komandalar Liqa mərhələsində yarışacaqlar. Bu mərhələnin püşkatma mərhələsi isə elə bu gün təşkil olunacaq. Tədbirə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

1-ci səbət
Real (İspaniya)
Mançester Siti (İngiltərə)
Bayern (Almaniya)
PSJ (Fransa)
Liverpul (İngiltərə)
İnter (İtaliya)
Borussiya (Dortmund, Almaniya)
Leypsiq (Almaniya)
Barselona (İspaniya)

2-ci səbət
Bayer (Almaniya)
Atletiko (Madrid, İspaniya)
Atalanta (İtaliya)
Yuventus (İtaliya)
Benfika (Portuqaliya)
Arsenal (İngiltərə)
Brügge (Belçika)
Şaxtyor (Donetsk, Ukrayna)
Milan (İtaliya)

3-cü səbət
Feyenoord (Niderland)
Sportinq (Portuqaliya)
PSV (Niderland)
Dinamo (Zaqreb, Xorvatiya)
Zalsburq (Avstriya)
Lill (Fransa)
Srvena Zvezda (Serbiya)
Yanq Boyz (İsveçrə)
Seltik (Şotlandiya)

4-cü səbət
Slovan (Slovakiya)
Monako (Fransa)
Sparta (Praqa, Çexiya)
Aston Villa (İngiltərə)
Bolonya (İtaliya)
Jirona (İspaniya)
Ştutqart (Almaniya)
Şturm Qrats (Avstriya)
Brest (Fransa)

Xəbəri sosial şəbəkələrdə paylaş: