Çempionlar Liqasında 1/16 final mərhələsinə yekun vurulacaq

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin (1/16 final) cavab oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 4 qarşılaşma baş tutacaq.

Günün maraqlı qarşılaşmalarından biri İspaniyada keçiriləcək. Madrid “Real”ı doğma meydanda “Mançester Siti” ilə görüşəcək.

“Borussiya” doğma meydanda “Sportinq”i, PSJ isə Liqa 1-in digər təmsilçisi “Brest”i qəbul edəcək. “Yuventus” da səfərdə PSV-nin qonağı olacaq.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 21-də təşkil olunacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları
19 fevral

21:45. “Borussiya” (Almaniya, Dortmund) – “Sportinq” (Portuqaliya)
İlk oyun – 3:0

00:00. PSJ (Fransa) – “Brest” (Fransa)
İlk oyun – 3:0

00:00. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
İlk oyun – 3:2

00:00. PSV (Niderland) – “Yuventus” (İtaliya)
İlk oyun – 1:2

Xəbəri sosial şəbəkələrdə paylaş: