Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin ilk matçlarına start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Madrid “Real”ı səfərdə İngiltərə təmsilçisi “Arsenal”ın qonağı olacaq. Almaniya nəhəngi “Bayern” isə doğma meydanda İtaliya çempionu “İnter”lə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin digər iki oyunu sabah baş tutacaq.
UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
8 aprel
23:00. “Arsenal” (İngiltərə) – “Real” (İspaniya)
23:00. “Bayern” (Almaniya) – “İnter” (İtaliya)


