Çempionlar Liqasında 1/8 finala bu gün yekun vurulur

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1/8 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, son iki qarşılaşmadan biri Almaniyada, digəri isə İspaniyada keçiriləcək.

Dortmund “Borussiya”sı doğma meydanda Niderland nəhənglərindən olan PSV ilə üz-üzə gələcək. Niderlandda keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

Madrid “Atletiko”su isə İtaliya nəhəngi “İnter”lə üz-üzə gələcək. İlk oyunda Milan təmsilçisi 1:0 hesabıyla qalib gəlib.

Xatırladaq ki, daha əvvəl “Mançester Siti” (İngiltərə), “Real” (İspaniya), PSJ (Fransa), “Bayern” (Almaniya), “Barselona” (İspaniya) və “Arsenal” (İngiltərə) da UEFA Çempionlar Liqasında 1/4 finala vəsiqə əldə ediblər.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
13 mart

“Atletiko” (İspaniya) – “İnter” (İtaliya)
Baş hakim: Şimon Marçinyak (Polşa).
Madrid. “Metropolitano” stadionu.
İlk oyun – 0:1.

“Borussiya” (Almaniya) – PSV (Niderland)
Baş hakim: Daniele Orsato (İtaliya).
Dortmund. “Siqnal İduna Park” stadionu.
İlk oyun – 1:1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: