Çempionlar Liqasında 1/8 finalın ilk oyunları yekunlaşdı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, qarşılaşmalardan biri İtaliyada, digəri Portuqaliyada gerçəkləşib.

İngiltərə təmsilçisi “Arsenal” “Portu”nun qonağı olub. Matçın təzminat dəqiqələrində vurulmuş yeganə qol Portuqaliya nəhənginə Premyer Liqa təmsilçisi üzərində vacib qələbə qazandırıb.

İtaliya və İspaniya çempionları – “Napoli” ilə “Barselona” isə Neapolda qarşılaşıblar. Bu oyunun ilk hissəsi qolsuz bitib. Amma fasilədən sonra Kataloniya təmsilçisi hesabı açıb. Polşalı hücumçu Robert Levandovski komandasını hesabda önə keçirib. Amma matçın sonlarına yaxın meydan sahiblərinin afrikalı hücumçusu Viktor Osimhen komandasını məğlubiyyətdən xilas edə bilib. Beləcə, bu oyun da bərabərliklə başa çatıb.

Bu cütlərdə cavab matçları martın 12-də keçiriləcək.

Xatırladaq ki, daha öncə Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilmiş ilk oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

“Kopenhagen” (Danimarka) – “Mançester Siti” (İngiltərə) 1:3
“Leypsiq” (Almaniya) – “Real” (İspaniya) 0:1
“Latsio” (İtaliya) – “Bayern” (Almaniya) – 1:0
PSJ (Fransa) – “Real Sosyedad” (İspaniya) 2:0
İnter (İtaliya) – Atletiko (İspaniya) 1:0
PSV (Niderland) – Borussiya (Dortmund, Almaniya) 1:1

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə mart ayında keçiriləcək cavab qarşılaşmaları ilə yekun vurulacaq.

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
21 fevral

“Portu” (Portuqaliya) – “Arsenal” (İngiltərə) 1:0
Qol: Qaleno, 90+4.
Baş hakim: Sərdar Gözübüyük (Niderland).
Portu. “Draqao” stadionu.

“Napoli” (İtaliya) – “Barselona” (İspaniya) 1:1
Qollar: Osimhen, 75 – Levandovski, 60.
Baş hakim: Feliks Svayer (Almaniya).
“Dieqo Armando Maradona” stadionu.