Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün 2-ci təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 11 qarşılaşma baş tutub.
Oyun əksəriyyəti məhsuldar keçib. “Qarabağ” Cəbəllütariqdə “Linkoln”a 2:0 hesabı ilə qalib gəlib. Türkiyənin “Fənərbaxça” komandası Luqanoda eyniadlı klubla görüşüb. 7 qolun vurulduğu matç 4:3 hesabı ilə türklərin xeyrinə başa çatıb. Edin Dzeko bu görüşdə het-trikə imza atıb.
Kiyev “Dinamo”su ilə “Partizan”ın qarşılaşmasında isə komandalar 8 dəfə fərqləniblər. Kiyevlilər yekunda 6:2 hesabı ilə qalib gələrək, mərhələ adlamaq üçün yaxşı şans əldə ediblər.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına iyulun 24-də keçiriləcək üç oyunla yekun vurulacaq. Sabah “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus), PAOK (Yunanıstan) – “Borats” (Bosniya və Herseqovina) və “Çelye” (Sloveniya) – “Slovan” (Slovakiya) görüşləri baş tutacaq.
Bu mərhələnin cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
23 iyul
“Bodo Qlimt” (Norveç) – RFS (Latviya) 4:0
“Panevejis” (Litva) – “Yagellonya” (Polşa) 0:4
“Linkoln” (Cəbəllüttariq) – “Qarabağ” (Azərbaycan) 0:2
APOEL (Kipr) – “Petrokub” (Moldova) 1:0
“Malmö” (İsveç) – “Klaksvik” (Farer adaları) 4:1
“Styaua” (Rumıniya) – “Makkabi” (Təl-Əviv) 1:1
“Ferentsvaroş” (Macarıstan) – TNS (Uels) 5:0
“Santa Koloma” (Andorra) – “Midtyulland” (Danimarka) 0:3
“Dinamo” (Kiyev, Ukrayna) – “Partizan” (Serbiya) 6:2
“Luqano” (İsveçrə) – “Fənərbaxça” (Türkiyə) 3:4
“Şemrok Rovers” (İrlandiya) – “Sparta” (Praqa, Çexiya) 0:2


