Çempionlar Liqasında 2-ci raundun ilk oyunları yekunlaşdı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, mərhələnin ikinci günündə 3 matç baş tutub.

PAOK Yunanıstanda “Borats”ı sınağa çəkib. Beş qolun qeydə alındığı bu oyunda yunanlar çətinliklə qələbə qazanıblar.

Sloveniya təmsilçisi “Çelye” ilə Slovakiya “Slovan”ı arasında baş tutan görüşdə komandalar hərəyə 1 dəfə fərqləniblər.

Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqiblərinin qarşılaşmasında “Lüdoqorets” Minsk “Dinamo”sunu qəbul edib. Oyun Bolqarıstan çempionunun inamlı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları iyulun 30-31-də keçiriləcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
24 iyul

PAOK (Yunanıstan) – “Borats” (Bosniya və Herseqovina) 3:2

“Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) 2:0

“Çelye” (Sloveniya) – “Slovan” (Slovakiya) 1:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: