Futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün 2-ci təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu mərhələdən Liqa yolu ilə mübarizəyə də start veriləcək.
Azərbaycan çempionu “Qarabağ”ın rəqibi “Linkoln” (Cəbəllütariq) olub. Mübarizəyə start verən Türkiyə təmsilçisi “Fənərbaxça” “Luqano” ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında 2-ci raundun görüşləri iyulun 23-24-də və 30-31-də keçiriləcək.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi
Çempionlar yolu
“Linkoln” (Cəbəllüttariq) – “Qarabağ” (Azərbaycan)
“Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus)
APOEL (Kipr) – “Petrokub” (Moldova)
“Ferentsvaroş” (Macarıstan) – TNS (Uels)
PAOK (Yunanıstan) – “Borats” (Bosniya və Herseqovina)
“Bodo Qlimt” (Norveç) – RFS (Latviya)
“Malmö” (İsveç) – “Klaksvik” (Farer adaları)
“Şemrok Rovers” (İrlandiya) – “Sparta” (Praqa, Çexiya)
“Santa Koloma” (Andorra) – “Midtyulland” (Danimarka)
“Çelye” (Sloveniya) – “Slovan” (Bratislava, Slovakiya)
“Panevejis” (Litva) – “Yagellonya” (Polşa)
“Styaua” (Rumıniya) – “Makkabi” (Təl-Əviv, İsrail)
Liqa yolu
“Luqano” (İsveçrə) – “Fənərbaxça” (Türkiyə)
“Dinamo” (Kiyev, Ukrayna) – “Partizan” (Serbiya)


