Bu gün – martın 15-də futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümün sonuncu püşkatma mərasimi təşkil olunub
Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilmiş mərasimdə 1/4 final, yarımfinal və finalın püşkü atılıb.
Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb. Püşkün nəticəsinə əsasən 1/4 finaldakı cütlər, həmçinin yarımfinal və finaldakı potensial rəqiblər bilinib.
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin iştirakçıları bunlardır: “Mançester Siti”, “Arsenal” (hər ikisi İngiltərə), “Atletiko”, “Barselona”, “Real” (hamısı İspaniya), “Bayern” və Dortmund “Borussiya”sı (hər ikisi Almaniya), PSJ (Fransa).
Püşk nəticəsində 1/4 final cütləri belə formalaşıb:
“Arsenal” (İngiltərə) – “Bayern” (Almaniya)
“Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)
“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
PSJ (Fransa) – “Barselona” (İspaniya)
Yarımfinalda isə bu komandaların ən güclüləri üz-üzə gələcəklər:
- “Atletiko”/“Borussiya” – PSJ/“Barselona”
- “Arsenal”/“Bayern” – “Real”/“Mançester Siti”
Final
1-ci yarımfinal cütünün qalibi – 2-ci yarımfinal cütünün qalibi
Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları aprelin 9-10-da, cavab görüşləri ayın 16-17-də keçiriləcək. Yarımfinalın ilk matçları 30 aprel – 1 mayda, cavab qarşılaşmaları 7-8 mayda oynanılacaq. Final qarşılaşması iyunun 1-də Londonun “Uembli” stadionunda baş tutacaq.


