Çempionlar Liqasında 2024/25 mövsümün sonuncu püşkü atıldı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinin püşkü atılıb.

Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunmuş mərasimdə bu raundda üz-üzə gələcək cütlər bəlli olub.

ÇL-in sonuncu qalibi olan “Real” İspaniyanın və Madridin digər təmsilçisi “Atletiko”ya rəqib olub. Almaniya nəhəngi “Bayern” də bu ölkənin sonuncu çempionu “Bayer”ə rəqib olub. Fransa nəhəngi PSJ bu mərhələdə “Liverpul”la görüşəcək. “Barselona” da 1/4 finala vəsiqə uğrunda “Benfika” ilə mübarizə aparacaq.

UEFA Çempionlar Liqasında cari mövsümün sonuncu püşkatma mərasimində 1/4 finalda və yarımfinalda qarşılaşacaq cütlər də müəyyənləşiblər.

Xatırladaq ki, 1/8 final mərhələsinin oyunları martın 4-5-də və 11-12-də keçiriləcək.

UEFA Çempionlar Liqası

1/8 final (4-5 mart, 11-12 mart)

  1. PSJ (Fransa) – “Liverpul” (İngiltərə)
  2. “Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə)
  3. “Real” (İspaniya) – “Atletiko” (İspaniya)
  4. PSV (Niderland) – “Arsenal” (İngiltərə)
  5. “Benfika” (Portuqaliya) – “Barselona” (İspaniya)
  6. “Borussiya” (Dortmund, Almaniya) – “Lill” (Fransa)
  7. “Bayern” (Almaniya) – “Bayer” (Almaniya)
  8. “Feyenoord” (Niderland) – “İnter” (İtaliya)

1/4 final (8-9 və 15-16 aprel)

  1. 1-ci cütün qalibi – 2-ci cütün qalibi
  2. 4-cü cütün qalibi – 3-cü cütün qalibi
  3. 5-ci cütün qalibi – 6-cı cütün qalibi
  4. 7-ci cütün qalibi – 8-ci cütün qalibi

Yarımfinal (29-30 aprel və 6-7 may)

  1. 10-cu cütün qalibi – 9-cü cütün qalibi
  2. 11-ci cütün qalibi – 12-ci cütün qalibi

Final (31 may, Münhen)
13-cü cütün qalibi – 14-cü cütün qalibi