Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün 3-cü təsnifat mərhələsinin oyunlarına start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutacaq.
Azərbaycan çempionu “Qarabağ” da bu mərhələdəki ilk sınağına bu gün çıxacaq. Ağdam klubu pley-offa vəsiqə uğrunda “Ludoqorets”lə (Bolqarıstan) üz-üzə gələcək. “Qarabağ” ilk görüşü evdə keçirəcək.
Türkiyə təmsilçisi “Fənərbaxça” da növbəti sınağına çıxacaq. Joze Mourinyonun rəhbərlik etdiyi kollektiv səfərdə Fransanın “Lill” komandasının qonağı olacaq.
UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmaları avqustun 13-də baş tutacaq.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
6 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – “Ludoqorets” (Bolqarıstan)
21:00. “Malmö” (İsveç) – PAOK (Yunanıstan)
21:15. “Midtyulland” (Danimarka) – “Ferentsvaroş” (Macarıstan)
22:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Reyncers” (Şotlandiya)
22:00. “Sparta” (Praqa, Çexiya) – “Styaua” (Rumıniya)
22:30. “Lill” (Fransa) – “Fənərbaxça” (Türkiyə)
22:45. “Zalsburq” (Avstriya) – “Tvente” (Niderland)
7 avqust
21:00. “Slaviya” (Praqa, Çexiya) – “Yunion” (Belçika)
22:30. “Slovan” (Slovakiya) – APOEL (Kipr)
22:45. “Yagellonya” (Polşa) – “Bodo Qlimt” (Norveç)