Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 7 qarşılaşma baş tutacaq.
Azərbaycan çempionu “Qarabağ”ın növbəti raunddakı potensial rəqibləri də bu gün cavab görüşünə çıxacaqlar. Minsk “Dinamo”su Belarusda Bolqarıstan çempionu “Ludoqorets”lə üz-üzə gələcək. Bu komandaların ötən həftə Bolqarıstanda keçirilmiş ilk oyununda “Ludoqorets” 2:0 hesabıyla qalib gəlib.
Xatırladaq ki, artıq “Qarabağ”, “Fənərbaxça”, APOEL, “Sparta”, “Ferentsvaroş”, “Slovan” (Bratislava) və “Malmö” rəqiblərinə qalib gələrək UEFA Çempionlar Liqasında 3-cü raunda vəsiqəni təmin ediblər.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
31 iyul
21:00. RFS (Latviya) – Bodo Qlimt (Norveç) (0:4)
21:15. Midtyulland (Danimarka) – Santa Koloma (Andorra) (3:0)
22:00. Makkabi (Təl-Əviv, İsrail) – Styaua (Rumıniya) (1:1)
22:00. Partizan (Serbiya) – Dinamo (Kiyev, Ukrayna) (2:6)
22:30. Yagelloniya (Polşa) – Panevejis (Litva) (4:0)
22:45. Dinamo (Minsk, Belarus) – Ludoqorets (Bolqarıstan) (0:2)
23:00. Borats (Bosniya və Herseqovina) – PAOK (Yunanıstan) (2:3)


