Çempionlar Liqasında 3-cü raundun növbəti 3 matçı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutacaq.

Praqa “Slaviya”sı (Çexiya) “Yunion”u (Belçika), Bratislava “Slovan”ı (Slovakiya) APOEL-i (Kipr), “Yagellonya” (Polşa) isə “Bodo Qlimt”i (Norveç) qəbul edəcək.

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmaları avqustun 13-də baş tutacaq.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
6 avqust

“Qarabağ” (Azərbaycan) – “Ludoqorets” (Bolqarıstan) 1:2

“Malmö” (İsveç) – PAOK (Yunanıstan) 2:2

“Midtyulland” (Danimarka) – “Ferentsvaroş” (Macarıstan) 2:0

“Dinamo” (Kiyev, Ukrayna) – “Reyncers” (Şotlandiya) 1:1

“Sparta” (Praqa, Çexiya) – “Styaua” (Rumıniya) 1:1

“Lill” (Fransa) – “Fənərbaxça” (Türkiyə) 2:1

“Zalsburq” (Avstriya) – “Tvente” (Niderland) 2:1

7 avqust

21:00. “Slaviya” (Praqa, Çexiya) – “Yunion” (Belçika)
22:30. “Slovan” (Slovakiya) – APOEL (Kipr)
22:45. “Yagellonya” (Polşa) – “Bodo Qlimt” (Norveç)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: