Çempionlar Liqasında ilk finalçı bəlli olur

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk finalçı Fransada müəyyənləşəcək.

Burada PSJ Almaniyanın “Borussiya” (Dortmund) komandasını qəbul edəcək. Dortmundda keçirilmiş ilk matçda meydan sahibləri qələbə qazanıblar – 1:0. Almaniya klubu səfərdə üstünlüyünü qorumağa çalışacaq. Mərhələ adlamaq üçün “Borussiya”ya bu görüşdə heç-heçə də bəsdir. Kilian Mbappe və komandası isə finala vəsiqə üçün revanş arzusundadır.

Cavab qarşılaşmasına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Görüşü italiyalı Daniele Orsato idarə edəcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin digər cavab oyunu sabah “Real”la (İspaniya) Almaniyanın “Bayern” komandaları arasında baş tutacaq. Münhendəki ilk qarşılaşmada heç-heçə (2:2) qeydə alınıb.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
7 may

23:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)
Baş hakim: Daniele Orsato (İtaliya).
Paris. “Park de Prens”.
İlk oyun: 0:1.

Xəbəri sosial şəbəkələrdə paylaş: