Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 7-ci turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də 9 qarşılaşma baş tutacaq.
Turun maraqlı görüşlərindən biri Fransanın paytaxtı Parisdə baş tutacaq. PSJ doğma meydanda “Mançester Siti” ilə qarşılaşacaq. ÇL-in sonuncu qalibi “Real” evdə “Zalsburq”la üz-üzə gələcək. İtaliya çempionu “İnter” isə səfərdə “Sparta”nın qonağı olacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinin sonuncu – 8-ci turunun oyunları yanvarın 30-da keçiriləcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 7-ci tur
22 yanvar
21:45. “Leypsiq” (Almaniya) – “Sportinq” (Portuqaliya)
21:45. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Brest” (Fransa)
00:00. “Real” (İspaniya) – “Zalsburq” (Avstriya)
00:00. PSJ (Fransa) – “Mançester Siti” (İngiltərə)
00:00. “Sparta” (Çexiya) – “İnter” (İtaliya)
00:00. “Arsenal” (İngiltərə) – “Dinamo” (Xorvatiya)
00:00. “Seltik” (Şotlandiya) – “Yanq Boys” (İsveçrə)
00:00. “Feyenoord” (Niderland) – “Bayern” (Almaniya)
00:00. “Milan” (İtaliya) – “Jirona” (İspaniya)


