Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, Fransanın Monako şəhərində baş tutan tədbirdə iştirakçı komandaların rəqibləri müəyyənləşib.
Yeni format üçün tarixdə ilk dəfə hibrid püşkatma üsulundan istifadə edilib. Müvafiq olaraq, püşkdə klublar əllə çəkilib, daha sonra kompüter nəzarəti ələ alıb və 8 rəqibi müəyyənləşdirib. Püşkatmanın uzun vaxt aparmaması üçün məhz bu üsuldan istifadəyə qərar verilib.
Püşkü əfsanəvi futbolçular Canluici Buffon və Kristiano Ronaldo çəkiblər.
36 komandaların hər birinin rəqibi hər səbətdən çıxan 2 komanda olub. Yeni formata əsasən hər komanda 8 fərqli rəqiblə 8 matç keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq.
ÇL-in Liqa mərhələsi bu il sentyabrın 17-də başlayacaq və 2025-ci ilin yanvarın 29-da yekunlaşacaq. Liqa mərhələsinin pley-offunda qarşılaşacaq cütlüklər 2025-ci il yanvarın 31-də keçiriləcək püşkatmada müəyyənləşəcək. Mərhələnin ilk oyunları fevralın 11-12-də, cavab görüşləri isə 18-19-da baş tutacaq. 1/8 final, 1/4 final və yarımfinalın püşkü isə 2025-ci il fevralın 21-də atılacaq.
Çempionlar Liqasında Liqa mərhələsinin oyunlarının dəqiq təqvimi avqustun 31-də açıqlanacaq.
Xatırladaq ki, Çempionlar Liqasının 2023/2024 mövsümünün qalibi İspaniyanın “Real” klubu olub.
Beləliklə, 4 səbətdə yer alan komandaların rəqiblərini təqdim edirik:
1-ci səbətdə yer alan komandaların rəqibləri:

2-ci səbətdə yer alan komandaların rəqibləri:

3-cü səbətdə yer alan komandaların rəqibləri:

4-cü səbətdə yer alan komandaların rəqibləri:



