Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinə start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutacaq.
Azərbaycan çempionu “Qarabağ” da pley-offda ilk görüşünü bu gün keçirəcək. Xorvatiya çempionu “Dinamo” (Zaqreb) ilə üz-üzə gələcək Ağdam klubunun bu rəqiblə ilk oyunu Zaqrebdə baş tutacaq.
Bu gün həmçinin “Bodo Qlimt” “Srvena Zvezda”nı, “Lill” isə Praqa “Slaviya”sını qəbul edəcək.
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşləri avqustun 27-28-də keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları
20 avqust
23:00. “Bodo Qlimt” (Norveç) – “Srvena Zvezda” (Serbiya)
23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” (Azərbaycan)
23:00. “Lill” (Fransa) – “Slaviya” (Praqa, Çexiya)
21 avqust
23:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Zalsburq” (Avstriya)
23:00. “Malmö” (İsveç) – “Sparta” (Praqa, Çexiya)
23:00. “Midtyulland” (Danimarka) – “Slovan” (Slovakiya)
23:00. “Yanq Boyz” (İsveçrə) – “Qalatasaray” (Türkiyə)


