“Opta” statistik internet-portalının superkompüteri 2024/2025-ci illər mövsümü Çempionlar Liqasının favoritlərini təxmin edib.
Arena.az məlumat verir ki, “dəmir parçası” cari mövsüm qitənin ən mötəbər klub yarışında qalib olmaq üçün ən yüksək faizi “Mançester Siti”yə təxmin edir.
“Şəhərlilər”in çempionluq ikanlarını superkompüter 25,3% olaraq görür ki, bu da öz növbəsində yüksək göstəricidir.
Süni zəka 2-ci yerdə “Real”ı qərarlaşdırıb. “Qaymaqlılar”ın Çempionlar Liqasını qazanmaq imkanı 18,2% olaraq qiymətləndirilir.
İlk üçlüyü 10,9% göstəricisi ilə İtaliya nəhəngi “İnter” qapayır.
4-cü yerdə superkompüter 6,3%-lə “Arsenal”ın çempionluq imkanları təxmin edir. 5,4% göstərici ilə Leverkuzen “Bayer”i isə 5-ci pillədə yer alb.
Maraqlıdır ki, superkompüter ilk beşlikdə Almaniya nəhəngi “Bayern”i görməyib.
Xatırldaq ki, Çempionlar Liqasının ümumi mərhələsinin 1-ci turu sentyabrın 17-də keçiriləcək. Ümumilikdə səkkiz tur oynanılacaq.
Çempionlar Liqasının cari çempionu “Real”dır. Ötən mövsüm mötəbər yarışın finalında “qaymaqlılar” Dortmund “Borussiya”sına 2:0 hesabı ilə qalib gəliblər.


