Çempionlar Liqasının 3-cü raundunun 10 cütü

Futbol üzrə UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün 3-cü təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu, 2-ci təsnifat mərhələsinin bu gün keçirilmiş cavab oyunlarından sonra dəqiqləşib.

Bu turnirin 2-ci təsnifat mərhələsində Cəbəllüttariq “Linkoln”unu mübarizədən kənarlaşdırmış Azərbaycan çempionu “Qarabağ”ın da növbəti rəqibi dəqiqləşib. Ağdam klubu növbəti raundda “Ludoqorets”lə (Bolqarıstan) üz-üzə gələcək. “Qarabağ” ilk görüşü evdə keçirəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin qarşılaşmaları avqustun 6-7-də və 13-də baş tutacaq.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi

Çempionlar yolu

“Qarabağ” (Azərbaycan) – “Ludoqorets” (Bolqarıstan)

“Slovan” (Slovakiya) – APOEL (Kipr)

“Sparta” (Praqa, Çexiya) – “Styaua” (Rumıniya)

“Malmö” (İsveç) – PAOK (Yunanıstan)

“Midtyulland” (Danimarka) – “Ferentsvaroş” (Macarıstan)

“Yagellonya” (Polşa) – “Bodo Qlimt” (Norveç)

Liqa yolu

“Slaviya” (Praqa, Çexiya) – “Yunion” (Belçika)

“Lill” (Fransa) – “Fənərbaxça” (Türkiyə)

“Dinamo” (Kiyev, Ukrayna) – “Reyncers” (Şotlandiya)

“Zalsburq” (Avstriya) – “Tvente” (Niderland)