AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Gürcüstan millisi ilə oyunda (1:1) Çexiya yığması müstəsna rekorda imza atıb.
Arena.az “Opta Sport” statistik internet-portalına istinadən məlumat verir ki, Çexiya yığması bir komandanın qələbə qazanmadan rəqib qapısına vurduğu zərbələrin sayı üzrə mütləq rekorda imza atıb.
Çexlər bu oyunda gürcülərin qapısına 12 zərbə endiriblər ki, bunlardan da qələbə hasil olmayıb. Bu nəticə Avropa çempionatlarında statistiki məlumatlrın toplanılmasına başlanıldığı AÇ-1980-dən bəri, qeydə alınmış ən “bəxtsiz” rekordur.
İndi Çexiya milli komandası ələmə mərhələsinə vəsiqə qazanmaq üçün qrup mərhələsinin sonuncu, 3-cü turunda Türkiyə millisi ilə oyunda mütləq qələbəyə oynamağa məcburdur.
Komandaların yer aldığı “F” qrupunda isə mənzərə belədir:
- Portuqaliya – 6 xal
- Türkiyə – 3 xal
- Çexiya – 1 xal
- Gürcüstan – 1 xal


