Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Fransa nəhəngi PSJ evdə İngiltərənin “Aston Villa” komandası ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyun parislilərin inamlı qələbəsi ilə yekunlaşıb.
Almaniyanın “Borussiya” (Dortmund) komandası isə səfərdə İspaniya nəhəngi “Barselona”nın qonağı olub. Kataloniyalılar bu oyunda 4 cavabsız qolla qalib gələrək növbəti mərhələyə vəsiqənin taleyinə böyük ölçüdə aydınlıq gətiriblər.
Qeyd edək ki, ÇL-in 1/4 final mərhələsinin cavab qarşılaşmaları aprelin 15-də və 16-da baş tutacaq.
UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
9 aprel
PSJ (Fransa) – “Aston Villa” (İngiltərə) 3:1
Qollar: D.Due, 39. X.Kvaratsxeliya, 49. N.Mendes, 90+2 – M.Rocers, 35
“Barselona” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) 4:0
Qollar: Rafinya, 25. R.Levandovski, 48; 66. Lamin Yamal, 77.


