Cordan Teze “Monako”da – 12 milyonluq transfer

Niderlandın PSV klubunun sağ cinah müdafiçisi Cordan Teze bundan sonra Liqa 1 təmsilçisi “Monako”nun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “knyazlıq təmsilçisi” rəsmi saytı vasitəsilə məlumat yayıb.

24 yaşlı oyunçu yeni klubu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalayıb. Fransa mətbuatının yazdığına görə, bu transfer “Monako”ya 12 milyon avroya başa gəlib.

Cordan Teze PSV-nin yetirməsidir. O, bu klubun əsas komandasının heyətində ümumilikdə 189 oyun keçirib, 4 qol vurub və 23 məhsuldar ötürmə ilə diqqət çəkib. Bir dəfə Niderland çempionu olan futbolçu, ölkə kubokununun (2) və super kubokunun (3) qda alibi adını qazanıb.

Müdafiəçi 2022-ci ilin iyun ayında debüt etdiyi Niderland millisində 4 oyun keçirib. O, buna qədər ölkəsinin müxtəlif yaş qrupları üzrə yığmalarında da forma geyinib.